Azərbaycanda hazırkı dövrədək ümumilikdə 8882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, onlardan 4930 nəfər müalicə olunaraq sağalıb, 108 nəfər vəfat edib, 3844 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.