• SOSİAL

    19:12 13 iyun 2020

Azərbaycanda koronavirusa yoluxanların sayı 9570-ə, vəfat edənlərin sayı 115-ə çatıb

Azərbaycanda koronavirusa yoluxanların sayı 9570-ə, sağalanların sayı 5309-a çatıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, koronavirusdan vəfat edənlərin sayı isə 115-ə çatıb.

Koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Bu gün Azərbaycanda koronavirusla bağlı 7505 test keçirilib. Ümumilikdə koronavirusla bağlı keçirilən testlərin sayı 375759-a çatıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR