Azərbaycanda koronavirusdan dünyasını dəyişənlərin yaşa görə göstəriciləri açıqlanıb. APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, 60-69 yaş arası vəfat edənlər 36 faiz, 40-49 yaş arası ölənlər 6% (ötən həftə ilə müqayisədə 1 faiz artıb), 80 yaşdan yuxarı vəfat edənlər 11 faiz, 70-79 yaş arası 25%, 50-59 yaş arasında isə 22 faiz təşkil edib.
TƏBİB İH sədri deyib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların 22 faizi 50-59 yaş, 18 faizi 30-39 yaş, 5 faizi 0-9 yaş arasındadır, 80 yaş üzərində isə 2 faiz yoluxma halları var.
R. Bayramlı qeyd edib ki, koronavirusa yoluxanların 57 faizi qadınlar, 43 faizi isə kişilərdir.