• SOSİAL

    14:54 19 aprel 2019

Azərbaycanda lotereyaların uduş fonduna dair tələblər açıqlanıb

Azərbaycanda lotereyaların uduş fonduna dair tələblər açıqlanıb.

ONA-nın məlumatına görə, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin təsdiq etdiyi və bu aydan qüvvəyə minən “Lotereyaların təşkili və keçirilməsi Qaydası”nda əksini tapıb.

Bu Qaydalar lotereya təşkilatçısı tərəfindən lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) qeydiyyatı qaydalarını, lotereyaların təşkili və keçirilməsi ilə bağlı nəzarətin həyata keçirilməsi, məlumatların açıqlanması, lotereya biletlərinin hazırlanması, elektron lotereya biletlərinin istifadə qaydaları və onların rekvizitləri, uduşlu lotereya biletlərinin saxlanılması, satılmamış lotereya biletlərinin satıcılardan geri alınması və məhv edilməsi, elektron lotereyalarla bağlı fərdi məlumatların informasiya sistemlərində əks olunmalı məlumatların siyahısı, lotereyanın dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi, həmçinin bu halda lotereya iştirakçılarının tələblərinin ödənilməsi və Maliyyə Bazarlarına Nəzarət Palatasına lotereyanın təşkili və keçirilməsi ilə bağlı məlumatların təqdim edilməsi qaydalarını müəyyən edir.

Lotereyanın uduş fondu təşkilatçının yalnız lotereya iştirakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi məqsədilə istifadə olunur. Lotereyanın uduş fondu bu fondun oynanılmasınadək azı 1 saat qalmış formalaşdırılmalıdır. Elektron lotereyaların uduş fondu oyunun başlanması anınadək formalaşdırılmalıdır. Tirajlı lotereyanın uduş fondunun minimum həcmi müvafiq tiraj üzrə buraxılmış, uduş fondunun məbləği satılmış lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edildikdə isə satılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az və 80%-dən çox ola bilməz. Ani lotereyanın uduş fondunun həcmi buraxılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az və 80%-dən çox olmamalıdır. Elektron lotereyaların uduş fondunun minimum həcmi müvafiq tiraj üzrə satılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az ola bilməz.

Tirajlı lotereyanın uduş fondunun məbləği satılmış lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edildikdə, bir tirajın uduş fondunun oynanılmamış hissəsi lotereyanın şərtlərində nəzərdə tutulduqda növbəti tirajda oynanıla bilər. Tirajlı lotereyanın uduş fondunun oynanılmasında yalnız satılmış lotereya biletləri iştirak edir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR