• SOSİAL

    15:06 21 aprel 2022

Azərbaycanda maska tələbi ləğv oluna bilər

Azərbaycanda maska tələbinin ləğvi gözlənilir.

Bunu APA-ya açıqlamasında TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib.

Onun sözlərinə görə, ancaq bununla bağlı tarix bəlli deyil.

“Bununla bağlı qərarın may ayının birinə, yoxsa yarım saat sonra olacağını isə dəqiq deyə bilmərik”, - Vüqar Qurbanov vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda açıq havada maska taxmaq qadağası 2021-ci ilin mayın 31-dən götürülüb. Qapalı məkanlarda maska qadağası isə davam edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR