• SOSİAL

    15:03 14 mart 2019

Azərbaycanda mediasiyanın tətbiqi dairəsi müəyyənləşib

Mediasiyanın tətbiq dairəsi bəlli olub.

ONA-nın məlumatına görə, bu barədə yeni hazırlanan “Mediasiya haqqında” qanun layihəsində qeyd edilib.

Yeni sənədin 3-cü maddəsində (Mediasiyanın tətbiq dairəsi) qeyd edilib ki, mediasiya aşağıdakılar üzrə tətbiq edilir:

1. Mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla);

2. Ailə münasibətlərindən irəli gələn mübahisələr;

3. Əmək münasibətlərindən irəli gələn mübahisələr;

4. İnzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr;

5. Cinayət işlərindən və inzibati xətalar haqqında işlərdən irəli gələn mübahisələr.

Qeyd edək ki, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu qanunla müəyyən olunan prosesdir.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR