• SOSİAL

    10:54 16 mart 2019

Azərbaycanda mediatorun vəzifələri müəyyənləşib

Mediatorun vəzifələri müəyyənləşib.

ONA-nın məlumatına görə, bu barədə yeni hazırlanan “Mediasiya haqqında” qanun layihəsinin 12-ci maddəsində (Mediatorun hüquq və vəzfələri) bildirilib.

Yeni sənəddə qeyd edilib ki, mediatorun aşağıdakı vəzifələri var:

1. Mediasiya prinsiplərinə əməl etmək;

2. 2 ildə 1 dəfədən az olmayaraq təşkil olunan ixtisasartırma kurslarında iştirak edərək müvafiq sertifikat almaq;

3. Mediasiya zamanı tərəflərin razılığı çərçivəsində hərəkət etmək;

4. Mediasiya başlanana qədər mediasiyanın məqsədlərini, onların hüquq və vəzifələrini izah etmək;

5. Mediasiya zamanı tərəflərin ona verdiyi sənədləri qaytarmaq.

Qeyd edək ki, mediator - peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, bu qanunun tələblərinə cavab verən şəxsdir.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR