• SOSİAL

    18:28 3 aprel 2019

Azərbaycanda məhkəmə hakimlərinin sayı 200 nəfər artırılacaq

Azərbaycanda məhkəmə hakimlərinin sayı artırılacaq.

ONA-nın xəbərinə görə, bu, ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanda nəzərdə tutulub.

Fərmana əsasən, məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 200 nəfər artırılacaq.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR