"Ötən ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, son 3 ay ərzində məhkəmələrə iqtisadi mübahisələr üzrə elektron qaydada 500-dən çox iddia daxil olub".
ONA-nın xəbərinə görə, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.
Nazir müavini qeyd edib ki, ölkənin elektron məhkəmə infomasiya sisteminə qoşulmuş digər məhkəmələrə vətəndaşlar tərəfindən elektron qaydada 1000-ə yaxın iddia verilib.