• SOSİAL

    15:29 7 may 2019

Azərbaycanda məktəb direktorları üçün “Fövqəladə hallar zamanı davranış kodeksi” hazırlanacaq

Azərbaycanda məktəb rəhbərləri üçün “Fövqəladə hallar zamanı davranış kodeksi” müəyyənləşdiriləcək.

ONA-nın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş “ Ən yaxşı təqdimat’’ müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, orta məktəb rəhbərlərinin ailələrlə təması olduqca vacidir.

Nazir həmçinin “Məktəblinin dostu” layihəsinin əhatə dairəsinin 5 dəfə genişlənərək 150 məktəbdə tətbiq olunacağını deyib.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR