Azərbaycanda məktəblərin mühafizəsi dövlət tərəfindən təşkil olunacaq
  • SOSİAL

  • 15:33 30 May 2019

Azərbaycanda məktəblərin mühafizəsi dövlət tərəfindən təşkil olunacaq

Azərbaycanda məktəblərin mühafizəsi dövlət tərəfindən təmin olunacaq.

ONA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov media nümayəndələri üçün keçirilən təlimdə deyib.

O qeyd edib ki, qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, təhsialanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mühafizə xidməti təşkil ediləcək.