• SOSİAL

    10:01 11 iyun 2020

Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək.

ONA xəbər verir ki, DİM-in məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bugünkü imtahanlarda 17021 nəfər olmaqla, ümumilikdə 42618 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR