• SOSİAL

    11:53 2 mart 2020

Azərbaycanda övladlığa götürmə ilə bağlı müraciətlərin sayı açıqlanıb

Övladlığa götürmə ilə bağlı elektron sistemə müraciətlərin sayı açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, elektron sistemin fəaliyyətə başladığı 1 noyabr 2019-cu ildən 27 fevral 2020-ci il tarixinə kimi ümumilikdə 427 müraciət qeydə alınıb. Həmin dövrə kimi qanunvericilik təsdiq olunmadığına görə (övladlığagötürmə sahəsində yeni Qayda 27 fevral 2020-ci il tarixdə təsdiq edilib) bu müraciətlər sorğu xarakterli olub və həmin müraciətlər üzrə valideyn-namizədlərə hazırlanan yeni müvafiq qanunvericiliyin tələbləri, prosedurlar, tələb olunan sənədlər və yeniliklər barədə məlumat verilib.

Eyni zamanda məhkəmələr tərəfindən övladlığagötürmə haqqında rəy verilməsi ilə əlaqədar 1 noyabr 2019-cu ildən indiyədək məhkəmələrdən daxil olmuş dörd iş üzrə müsbət rəy verilib, 13 iş üzrə valideyn-namizədlər uçota alınmadan məhkəməyə müraciət etdiklərinə görə məhkəməyə geri qaytarılıb.

Qeyd dək ki, daxil olmuş işlər əsasən yaxın qohumlar arası övladlığa götürmə ilə bağlıdır. Müsbət rəy verilən 4 iş üzrə övladlığagötürmə yaxın qohumlar arasında olub, övladlığa götürən şəxslər Azərbaycan Respublikası vətəndaşlarıdır. Övladlığa götürülən uşaqlardan 3-ü oğlan, 1-i isə qızdır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR