• SOSİAL

    11:52 6 aprel 2019

Azərbaycanda Paleozoologiya laboratoriyası yaradıla bilər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunda Paleozoologiya laboratoriyası yaradıla bilər.

Bu barədə ONA-ya Zoologiya İnstitutunun direktoru Elman Yusifov məlumat verib.

O, bildirib ki, institutun Elmi Şurası bu barədə qərar qəbul edərək AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə müraciət edib: “Təsdiq olunduğu təqdirdə Zoologiya İnstititunda Paleozoologiya laboratoriyası yaradılacaq. Paleozoologiya təkcə heyvan qalıqlarını araşdırmaq üçün deyil, eko sistemlərin inkişaf tarixlərini öyrənmək üçün də lazımdır. Biz bilmirik, Azərbaycan ərazisində dinozavrlar yaşayıb ya yox. Hələ ki, onların qalıqları tapılmayıb, amma hazırda ibtidai kərgədanın, ibtiadi öküzün, dişli və dişsiz balinanın və filin qalıqları tapılıb. Bizim dünya elmi üçün də əhəmiyyətli olan Binəqədi faunası adlı geoloji-paleontoloji ərazimiz var. Təəssüf ki, Binəqədi faunasının heç 20 faizi öyrənilməyib. Biz ümid edirik ki, yaradılan laboratoriya Azərbaycanda paleontoloji tədqiqatlara böyük tövhə verəcək”.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR