• SOSİAL

    14:31 16 aprel 2019

Azərbaycanda qaraçı ailələrinin problemlərinin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyi ilə birgə illik fəaliyyət planı əsasında 2017-ci ildə Qazax və Ağstafa rayonlarında qaraçı ailələrinin mövcud vəziyyəti ilə bağlı aparılan tədqiqat təhlil edilib və qaraçı ailələrinin problemlərinin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilib.

ONA-nın məlumatına görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatı”nda öz əksini tapıb.

Qeyd edilib ki, BMT-nin Uşaq Fondunun dəstəyi ilə cari ilin iyul ayından etibarən 3 ay müddətinə 4 sosial işçinin Qazax və Ağstafa Rayon İcra hakimiyyətləri yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın fəaliyyətinə cəlb edilib.

Layihə zamanı komissiyanın əməkdaşları sosial işçilərlə yaxından işləyib, sosial iş sahəsində öz bilik və bacarıqlarını daha da inkişaf etdirib və həssas qruplardan olan uşaqlarla işini davam etdirib. 3 aylıq layihə çərçivəsində 104 ailə cəlb olunub, sosial işçilər tərəfindən 141 ailəyə ziyarət edilib. Layihədən ümumilikdə ilin ilk ayında Ağstafa və Qazax rayonlarından 316 benefisiar faydalanıb, onlardan 140-na birbaşa, 176-sına isə dolayısı ilə yardım göstərilib. Benefisiarlardan 159-u uşaqlar olub, onların 16-nın əlilliyi olub.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR