Azərbaycanda qızılcaya qarşı peyvənd edilənlərin sayı açıqlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, fevral-mart aylarında ölkədə 19 561 nəfər qızılcaya qarşı peyvənd edilib.
P. Abubəkirovun sözlərinə görə, onlardan 16 576 nəfəri böyük, 2985 nəfər isə uşaqdır.
O vurğulayıb ki, yanvarın 1-dən bu günə kimi 217 nəfərdə qızılcaya yoluxma qeydə alınıb.
P. Abubəkirov qeyd edib ki, qızılcaya qarşı peyvəndləmə tədbirləri davam edir, müxtəlif səbəblərdən peyvənd olunmayan şəxslər istənilən vaxt ərazi tibb müəssisələrinə müraciət edə bilərlər.
Xatırladaq ki, ötən ay səhiyyə naziri Oqtay Şirəliyev respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb.