Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiyada olanların sayı açıqlanıb.
APA xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd olunub.
Bildirilib ki, xəstələrdən 327 nəfəri reanimasiyadadır. Süni nəfəs cihazına qoşulanların sayı isə 77 nəfərdir.
Qeyd edək ki, bu günədək Azərbaycanda 26 636 nəfər COVID-19-a yoluxub, onlardan 17 805-i sağalıb, 341 nəfəri isə vəfat edib.