Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiyada olanların sayı açıqlanıb.
APA xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd olunub.
Bildirilib ki, xəstələrdən 340 nəfəri reanimasiyadadır. Süni nəfəs cihazına qoşulanların sayı isə 55 nəfərdir.
Qeyd edək ki, bu günədək Azərbaycanda 27 521 nəfər COVID-19-a yoluxub, onlardan 18 967-si sağalıb, 354 nəfəri isə vəfat edib.