Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiyada olanların sayı açıqlanıb.
APA xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd olunub.
Bildirilib ki, xəstələrdən 313 nəfəri reanimasiyadadır. Süni nəfəs cihazına qoşulanların sayı isə 76 nəfərdir.
Qeyd edək ki, bu günədək Azərbaycanda 29 633 nəfər COVID-19-a yoluxub, onlardan 22 082-si sağalıb, 408 nəfəri isə vəfat edib.