Sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizmi yaradılacaq.
ONA-nın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda bildirilib.
Sənəddə heyvan sağlamlığı sahəsində bufer, kompartment, müşahidə, xüsusi və azad zonaların yaradılmasının qiymətləndirilməsi və müvafiq dəstək mexanizmlərinin hazırlanması da nəzərdə tutulub.