Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni güzəştlər verilib.
ONA-nın məlumatına görə, bu, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə edilən dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində və elmi təşkilatlarda ödənişli formada təhsil alan şəhid ailəsi statusu almış ailənin üzvləri təhsil haqqını ödəməkdən azad ediləcəklər.
Qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib.