• SOSİAL

    16:02 7 mart 2019

Azərbaycanda sənaye məqsədli meşələr salınacaq

Azərbaycanda sənaye məqsədli meşələr salınacaq.

ONA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, ölkəmizdəki meşə fondu ərazilərinin hamısı tam olaraq meşə ilə örtülü deyil: "Məsələn, Aran bölgəsində meşə fondu əraziləri olsa da, orada meşə yoxdur. Suvarma imkanları olan ərazilərdə sənaye məqsədli meşələr salmaq istəyirik. Elə ağac növləri var ki, onlar sürətlə inkişaf edir və həmin ağaclardan sənaye məqsədləri üçün istifadə etmək olar".

V.Kərimov deyib ki, meşədən çıxan ağacların 10 faizi yanacaq məqsədi üçün istifadə olunursa, 90 faizi digər məqsədlər üçün istifadə edilir. Əlavə edib ki, sahibkarlar sənaye məqsədli meşə əraziləri sala və oradakı ağacların hesabına özlərinin materiallara olan tələbatını ödəyə bilərlər: “Sənaye məqsədli meşələrin salınması meşələrə olan müdaxilələrin azaldılmasına, ona gəlir mənbəyi kimi baxılmamasına səbəb olacaq”.

Nazirlik rəsmisi sənaye məqsədli meşələrin 2019-cu ildə salınmasının planlaşdırıldığını söyləyib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR