• SOSİAL

    21:46 8 fevral 2021

Azərbaycanda son sutkada 102 nəfər COVID-19-dan sağalıb, 44 nəfər yoluxub, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 231 198 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 225 348 nəfər müalicə olunaraq sağalıb, 3161 nəfər vəfat edib, aktiv xəstə sayı 2689 nəfərdir.

Ölkədə son sutka ərzində 3567, hazırkı dövrədək isə 2 456 650 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR