Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1032 yeni yoluxma faktı qeydə alınıb, 1043 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ONA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 492 179 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 473 023 nəfər müalicə olunaraq sağalıb, 6 664 nəfər vəfat edib, aktiv xəstə sayı 12 492 nəfərdir.
Ölkədə son sutka ərzində 8 385, hazırkı dövrədək isə 4 952 737 test aparılıb.