Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1095 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 55269 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 43543 nəfər müalicə olunaraq sağalıb, 730 nəfər vəfat edib, aktiv xəstə sayı 10996 nəfərdir.
Ölkədə son sutka ərzində 11441, hazırkı dövrədək isə 1352907 test aparılıb.