• SOSİAL

    15:54 18 sentyabr 2020

Azərbaycanda son sutkada 117 nəfər koronavirusa yoluxub, 135 nəfər sağalıb, bir nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 38 894 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib, aktiv xəstə sayı 1 898 nəfərdir.

Ölkədə son sutka ərzində 5 898, hazırkı dövrədək isə 1 041 184 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR