• SOSİAL

    18:46 21 fevral 2021

Azərbaycanda son sutkada 156 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ONA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 233 129 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 227 761 nəfər müalicə olunaraq sağalıb, 3 198 nəfər vəfat edib, aktiv xəstə sayı 2170 nəfərdir.

Ölkədə son sutka ərzində 7 236, hazırkı dövrədək isə 2 551 116 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR