• SOSİAL

    17:24 23 sentyabr 2020

Azərbaycanda son sutkada 173 nəfər koronavirusdan sağalıb, 146 nəfər yoluxub, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 173 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39524 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37122 nəfər müalicə olunaraq sağalıb, 580 nəfər vəfat edib, aktiv xəstə sayı 1822 nəfərdir.

Ölkədə son sutka ərzində 8780, hazırkı dövrədək isə 1073255 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR