Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb.
ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 233424 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 228012 nəfər müalicə olunaraq sağalıb, 3204 nəfər vəfat edib, aktiv xəstə sayı 2208 nəfərdir.
Ölkədə son sutka ərzində 8 043, hazırkı dövrədək isə 2 563 101 test aparılıb.