Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 505 yeni yoluxma faktı qeydə alınıb, 3 028 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 203 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 142 807 nəfər müalicə olunaraq sağalıb, 2 253 nəfər vəfat edib, aktiv xəstə sayı 58 533 nəfərdir.