• SOSİAL

    18:32 19 avqust 2021

Azərbaycanda son sutkada 3614 nəfər koronavirusa yoluxub, 1114 nəfər sağalıb, 23 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 614 yeni yoluxma faktı qeydə alınıb, 1 114 nəfər müalicə olunaraq sağalıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 380 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 342 256 nəfər müalicə olunaraq sağalıb, 5 231 nəfər vəfat edib, aktiv xəstə sayı 33431 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 786, ötən müddət ərzində isə ümumilikdə 4 268 668 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR