• SOSİAL

    16:44 28 sentyabr 2020

Azərbaycanda son sutkada 38 nəfər koronavirusa yoluxub, 70 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 40061 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37725 nəfər müalicə olunaraq sağalıb, 588 nəfər vəfat edib, aktiv xəstə sayı 1748 nəfərdir.

Ölkədə son sutka ərzində 2382, hazırkı dövrədək isə 1104783 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR