• SOSİAL

    16:28 2 avqust 2021

Azərbaycanda son sutkada 431 nəfər koronavirusa yoluxub, 139 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 344 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 267 nəfər müalicə olunaraq sağalıb, 5 030 nəfər vəfat edib, aktiv xəstə sayı 6 654 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 238, ötən müddət ərzində isə ümumilikdə 4 049 978 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR