Azərbaycanda son sutkada 557  nəfər COVID-19-a yoluxub
  • SOSİAL

  • 16:59 28 Avqust 2022

Azərbaycanda son sutkada 557 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 557 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ONA-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 812 116 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 798 719 nəfər müalicə olunaraq sağalıb, 9 805 nəfər vəfat edib, aktiv xəstə sayı 3 592 nəfərdir.

Ölkədə son sutka ərzində 3 320, hazırkı dövrədək isə 7 145 345 test aparılıb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR