• SOSİAL

    17:34 2 aprel 2023

Azərbaycanda son sutkada 58 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ONA-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 857 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 219 nəfər müalicə olunaraq sağalıb, 10 185 nəfər vəfat edib, aktiv xəstə sayı 453 nəfərdir.

Ölkədə son sutka ərzində 931, hazırkı dövrədək isə 7 560 679 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR