• SOSİAL

    17:30 26 may 2021

Azərbaycanda son sutkada 596 nəfər koronavirusdan sağalıb, 203 yeni yoluxma qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 203 yeni yoluxma faktı qeydə alınıb, 596 nəfər müalicə olunaraq sağalıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 097 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 322 273 nəfər müalicə olunaraq sağalıb, 4885 nəfər vəfat edib, aktiv xəstə sayı 5939 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8397, ötən müddət ərzində isə ümumilikdə 3 477 012 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR