Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 841 yeni yoluxma faktı qeydə alınıb, 6 772 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 745 169 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 686 088 nəfər müalicə olunaraq sağalıb, 9 050 nəfər vəfat edib, aktiv xəstə sayı 50 031 nəfərdir.
Ölkədə son sutka ərzində 17 387, hazırkı dövrədək isə 6 390 225 test aparılıb.