Azərbaycanda son sutkada 653 nəfər COVID-19-a yoluxub, 488 nəfər sağalıb. 7 nəfər vəfat edib
  • SOSİAL

  • 18:39 14 Yanvar 2022

Azərbaycanda son sutkada 653 nəfər COVID-19-a yoluxub, 488 nəfər sağalıb. 7 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 488 nəfər müalicə olunaraq sağalıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahən məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 624 208 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 607 885 nəfər müalicə olunaraq sağalıb, 8497 nəfər vəfat edib, aktiv xəstə sayı 7826 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 275, ötən müddət ərzində isə ümumilikdə 5 987 010 test aparılıb.

ONA

Teqlər: koronavirus