• SOSİAL

    19:02 5 yanvar 2023

Azərbaycanda son sutkada 66 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 66 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb.

ONA Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 826 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 232 nəfər müalicə olunaraq sağalıb, 10 009 nəfər vəfat edib, aktiv xəstə sayı 321 nəfərdir.

Ölkədə son sutka ərzində 1 846, hazırkı dövrədək isə 7 436 506 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR