• SOSİAL

    16:46 24 oktyabr 2020

Azərbaycanda son sutkada 792 nəfər koronavirusa yoluxub, 220 nəfər sağalıb, 8 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb, 220 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 49 013 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 41 051 nəfər müalicə olunaraq sağalıb, 664 nəfər vəfat edib, aktiv xəstə sayı 7 298 nəfərdir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 353, ötən müddət ərzində isə ümumilikdə 1 281 497 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR