• SOSİAL

    17:57 3 yanvar 2021

Azərbaycanda son sutkada 803 nəfər COVID-19-a yoluxub, 2918 nəfər sağalıb, 30 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 2918 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 220 265 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 194843 nəfər müalicə olunaraq sağalıb, 2733 nəfər vəfat edib, aktiv xəstə sayı 22689 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6200, ötən müddət ərzində isə ümumilikdə 2210426 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR