• SOSİAL

    19:11 7 avqust 2021

Azərbaycanda son sutkada koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59649 vaksin vurulub.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38211, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21438 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5370768, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3129512, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2241256 təşkil edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR