Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1734 yeni yoluxma faktı qeydə alınıb, 3 378 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ONA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 472 719 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 434 095 nəfər müalicə olunaraq sağalıb, 6 305 nəfər vəfat edib, aktiv xəstə sayı 32 319 nəfərdir.
Ölkədə son sutka ərzində 12 780, hazırkı dövrədək isə 4 744 161 test aparılıb.