• SOSİAL

    18:43 5 sentyabr 2021

Azərbaycanda son sutkada 3 310 nəfər COVID-19-a yoluxub, 2 972 nəfər sağalıb, 42 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 310 yeni yoluxma faktı qeydə alınıb, 2 972 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ONA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 442 872 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 383 682 nəfər müalicə olunaraq sağalıb, 5 842 nəfər vəfat edib, aktiv xəstə sayı 53 348 nəfərdir.

Ölkədə son sutka ərzində 15 614 , hazırkı dövrədək isə 4 551 520 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR