Azərbaycanda son sutkada 58 nəfər COVID-19-dan sağalıb, 40 nəfər yoluxub, 1 nəfər vəfat edib
  • SOSİAL

  • 18:08 27 İyun 2021

Azərbaycanda son sutkada 58 nəfər COVID-19-dan sağalıb, 40 nəfər yoluxub, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 58  nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ONA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 335 836  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 084 nəfər müalicə olunaraq sağalıb, 4 968 nəfər vəfat edib, aktiv xəstə sayı  784 nəfərdir.

Ölkədə son sutka ərzində 6 213, hazırkı dövrədək isə 3 728 712   test aparılıb.

ONA

Teqlər: