"Ötən ilə nisbətən tələbə qəbulu ilə bağlı dövlət sifarişli yerlərin sayı 66,1 faiz artıb".
ONA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev media nümayəndələri üçün keçirilən təlimdə deyib.
Onun sözlərinə görə, 5 il öncə ilə müqayisədə 700 bal toplayan abituriyentlərin sayı da artıb.
Y. Piriyev bildirib ki, son 5 ildə 600-dan çox bal toplayan abituriyentlərin sayı 23 faizdən 83 faizə qalxıb: "İbtidai sinif müəllimliyi ixtisasını seçənlərin topladığı bal 500-dən az olurdu, lakin son dövrlər onların da topladığı ballar artıb".
O qeyd edib ki, özəl ali təhsil müəssisələrinə qəbul planı 40 faizdən 60 faizə artıb.