• SOSİAL

    12:12 18 aprel 2019

Azərbaycanda Tibb fakültəsinin yaradılmasının 100 illiyi qeyd olunub - FOTOSESSİYA

Azərbaycan Tibb Universitetində (ATU) Bakı Dövlət Universitetinin (BDU) nəzdində Tibb fakültəsinin yaradılmasının 100 illiyinə həsr edilmiş "Təbabətin aktual problemləri - 2019" beynəlxalq elmi-praktiki konfransının açılış mərasimi keçirilib.

ONA-nın xəbərinə görə, ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirib ki, 1919-cu il sentyabrın 1-də yaradılan Bakı Dövlət Universitetinin nəzdində ilk mərhələdə cəmi iki fakültə fəaliyyət göstərirdi.

Onun sözlərinə görə, onlardan biri Tibb fakültəsi, ikincisi isə Tarix-filologiya fakültəsi olub: "Məhz tibb fakültəsinin əsasında 1930-cu ilin mayın 9-da Azərbaycan Dövlət Tibb İnstitutu yaradıldı. Ona görə bu yubiley həm də Azərbaycan Tibb Universitetinin bayramıdır".

Rektor ATU və BDU arasında əlaqələrin müvəffəqiyyətlə davam etdiyini qeyd edib.

Konfransda BDU-nun rektoru Elçin Babayev və Türkiyənin Cərrahpaşa Universitetinin rektoru Aydın Nuri çıxış ediblər.

Konfransa Türkiyə, Rusiya və İsraildən qonaqlar qatılıblar.

Konfrans işini sessiyalarla davam etdirir.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR