• SOSİAL

    13:12 12 mart 2019

Azərbaycanda uşaq bağçaların özəlləşdiriməsinə icazə veriləcək

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinə icazə verilir.

ONA-nın məlumatına görə, bununla bağlı “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik təklif olunur.

Qüvvədə olan qanuna əsasən, indiyə qədər təhsil müəssisələrindən yalnız dövlət icbari ümumi orta təhsil müəssisələrinin özəlləşdirilməsi qadağan edilib. Dəyişikliyə görə, bundan sonra məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, dövlət təhsil müəssisələrinin özəlləşdirilməsi qadağan ediləcək. Başqa sözlə, dövlət icbari ümumi orta təhsil müəssisələri ilə bərabər, dövlət ali məktəbləri, orta ixtisas və peşə təhsili müəssisələrinin də özəlləşdirilməsi qadağan olunur.

Qanun layihəsi sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR