Xüsusi təyinatlı qida məhsullarının istehsalına dair tələblər təkmilləşdiriləcək.
ONA-nın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda bildirilib.
Sənəddə qeyd edilib ki, xüsusi təyinatlı qida məhsullarının (pəhriz, uşaq yeməkləri və s.) istehsalına, emalına və dövriyyəsinə dair tələblər və nəzarət mexanizmləri təkmilləşdiriləcək.