• SOSİAL

    16:43 21 fevral 2023

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 may saat 06:00-dək uzadılıb.

ONA xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Qeyd edək ki, bundan əvvəl bu müddət 2023-cü il 1 mart saat 06:00-dək olan dövrü əhatə edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR